Həkimlərimiz

Gözəlov Natiq

Mən Gözəlov Natiq İsfəndiyar oğlu 1966 -cı il 6 iyulda Şəmkir şəhərində anadan olmuşam. 1983 -cü ildə respublika 1 saylı fizika-riyazziyat təmayüllü məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb institutunun pediatriya fakültəsinə daxil olmuş və 1990-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişəm.

Həkimlik fəaliyyətinə Şəmkir rayonunda sahə pediatrı kimi başlamışam. İşlədiyim illərdə akademik təbabətlə yanaşı xalq təbabəti ənənələrindən də geniş istifadə etmişəm.

1994 cü ildən bu ilədək Natural Təbabətin müxtəlif sahələri üzrə (fitoterapiya, apiterapiya, klassik homeopatiya, homotoksikologiya, akupunktura, biopunktura, biorezonans diagnostika və mualicə, iridodiaqnostika, lazeraterapiya, kvant terapiyası) müxtəlif şəhərlərdə (Moskva, Sankt Peterburq, İstanbul, Bakı) ixtisasartırma kurslarında olmuşam.

1999-2001ci illərdə hərbi həkim kimi fəalliyət göstərmişəm. 2002-ci ildən Bakı şəhərində müxtəlif özəl tibb müəssisələrində (Apimərkəz, Şərq Qərb təbabəti tibb mərkəzi, Təbriz mehr tibb mərkəzi, Avrasiya klinikası) həkim-naturopat kimi işləmişəm.

Hazırda Medikus klinikasında çalışıram.