"Hepatologiyanın Bəyaz Gecələri 2019 " XI Beynəlxalq Konqresi

Həkim hepatoloq-infeksionust Ülviyyə Əliyeva "Hepatologiyanın Bəyaz Gecələri 2019 "

XI Beynəlxalq Konqresdə iştirak etmiş və Konqres haqqında hesabat hazırlamışdır.

13-14 iyun tarixlərində Rusiyanın Sank-Pererburq şəhə Avropa Qaraciyər Araşdırmaları Assosiyasının eqidası altında

" Hepatologiyanın Bəyaz Gecələri 2019" XI Beynəlxalq Konqresi keçirilmişdir.
Konqresin Rusiya tərəfdən əsas elmi təşkilatçıları, Rusiya Hepatologiya məktəbinin liderləri-professorlar Vasiliy İsakov və Konstantin Jdanov olmuşdur.
Konqresə dəvət olunan lektorlar arasında Avropada və ABŞ -dan olan dünyanın aparıcı ekspertləri - Tarik Asselan ( Fransa), Eşli Brajn (Böyük Britaniya) , Mark Burliyer (Almaniya), Loran Kastela ( Fransa, Böyük Britaniya), Stanislas Pol ( Fransa) , Kristof Sarrazin (Almaniya), Lorens Serant ( Fransa), Tatyana Strokova ( Rusiya), Mark Sulkovski (ABŞ) olmuşlar.
Mütəxəsislərin çıxışlarının əsas istiqamətləri : 1- Müasir dünya səhiyyəsinin aktual problemləri ağır nəticələri olan və ölümə gətirib çıxardan xroniki " C " hepatiti olmuşdur.
Müasir dərman preparatlarının istifadəsi xroniki " C " hepatitinin müalicəsinin onun bütün mərhələlərində mümkün edir. Qaraciyər çatışmazlığı və Qaraciyər sirrozu inkişaf etmədən xəstənin müalicəsi daha effektivdir. " C " hepatitinin müasir virus əleyhinə terapiyası- virus əleyhinə bir başa təsir göstərən müstəsna preparatlardır. Bu preparatlar 90-98% xəstələrin müalicə olunmasına imkan verir.
2- Xroniki " C " hepatitinin müailicəsində böyük nailiyyətlərlə əlaqədar 2019 cu ildə ÜST iddialı vəzifələr qoyulmuşdur : 2030 cu ilə qədər virus hepatitlərindən ölənlərin sayını 65%- ə , yəni yoluxma hallarının sayının 90%-ə qədər azaltmaq.
3- Müasir epidemoloji prossesin xüsusiyyəti infeksiyanın ötürülmə yollarının aktivləşməsidir. Məsələn : Bir xəstə il ərzində 5 nəfəri yoluxdura bilər, perinatal yoluxma ( hamilə anadan dölə ötürmə riski son 10 ildə 23-38% -ə qədər artmışdır).
4- Son illərdə viruslarda virus əleyhinə preparatlara qarşı rezistentik müşahidə olunmuşdur, bəzi hallarda müalicənin uğursuzluğu bununla əlaqədardır.
5- Ümumdünya Səhiyyə Təşkilatı 12 yaşdan yuxarı uşaqların müalicəsinə icazə vermişdir.
6- Günümüzdə xroniki " C " hepatitinə bir sistem xəstəliyi kimi baxılır. 75% xəstələr qaraciyərdən kənar təzahürlərdə - xroniki böyrək xəstəlikləri, şəkərlo diabet, ürək damar xəstəliklərindən və.s əziyyət çəkir.
7- Xroniki " B " virus hepatiti Hepatologiyanın daha bir aktual problemidir. Müasir bir başa təsirli virus əleyhinə preparatlar xroniki " B " hepatitinin DNT- sini qanda təyin olunmamaq səviyyəsinə qədər müalicə olunmasına imkan verir, Lakin xəstəliyin tam müalicə edilməsi hələlik mümkün deyil.
8- Qaraciyərin qeyri alkoqol və alkoqol mənşəli hepatoz xəstəlikləri bütün dünyada geniş yayılmışdır və bu problemin sona qədər müalicəsi həll olunmamışdır. Qaraciyər xərçəngi , qaraciyər çatmazlığı, qaraciyər sirrozunun inkişaf risqini kifayət qədər yüksəldir.
Professor L.Serfati steatohepatitlərin müalicəsində istifadə olunan yeni preparatların-selosertib, obetixol turşusu və.s klinik tədqiqatların nəticələrinu təqdim etdi. Yekun çıxışında professorlar K.Jdanov və V.İsakov son illərdə hepatologiyanın nailiyyətlər əldə etdiyini bildirdilər. Sonda tədbir iştirakçılarına "sertifikatlar" təqdim olundu.