Alma sirkəsi ilə istədiyiniz MÖCÜZƏYƏ QOVUŞUN - Sadəcə 4 gündə (2)

Son zamanlarda, xüsusilə, qadınlar tərəfindən rəğbət görən alma sirkəsi insan orqanizminə təpədən dırnağa qədər fayda verir.

Publika.az xəbər verir ki, şəfa deposu olan alma sirkəsi həm də artıq çəkidən qurtulmaqda böyük miqyasda kömək edir.

Keçmiş zamanlarda Misir mədəniyyətində bir çox məqsədlər üçün istifadə olunan alma sirkəsi dünya mətbəxində geniş yer alıb. Sadəcə yeməklərdə deyil, təmizlik zamanı belə qadınların böyük yardımçısı olan alma sirkəsi doğru və nizamlı istifadə olunduğunda sizi istəklərinizə qovuşdura bilər.

Acqarına yeyəcəyiniz və ya yeməyə başlamazdan 30 dəqiqə əvvəl istifadə edəcəyiniz alma sirkəsi ilə dəyişikliyi qısa müddətdə görəcəksiniz.

Alma sirkəsi necə arıqladır?

Tərkibindəki fermentlər, qida maddələri və təbii maddələr, bitki tərkibli turşular olan alma sirkəsi təbətin, demək olar ki, bütün yararlı vitaminlərini özündə toplayır. Anidən gələn yemək istəyinin qarşısını alaraq iştahı bağlayır və metabolizmin sürətli şəkildə işləməsinə yardımçı olur. Bədəndəki zərərli toksinlərin xaric edilməsini, yığılan ödəmin dağılmasını təmin edir.

Asan həzm, temperaturun aşağı düşməsi, qan dövranının yaxşılaşması, dəri sağlamlığının qorunması kimi bir çox sahədə faydası olan alma sirkəsi, eyni zamanda, güclü yağ yandıran xüsusiyyətə malikdir. Buna görə də pəhriz menyularının zirvəsində yerini alıb.

Alma sirkəsi necə içilməlidir?

Acqarına içilən zaman toxluq hissi yaradır və qan şəkərinin enməsinin qarşısını alır. Sağlam olmayan çərəzlərin yeyilməsi istəyini önləyir. Turşuluq xüsusiyyəti bədəndəki yağların depolanmasını əngəlləyir.

Alma sirkəsinin faydaları ilə yanaşı, zərərli xüsusiyyətləri də var. Mədəsində qastrit, yırtıq olan şəxslər həkimdən məsləhət almadan alma sirkəsi içməməlidir.
Arıqlamaq üçün alma sirkəsi necə içilməlidir?

1-2 çay qaşığı alma sirkəsini 1 fincan suya qarışdırın. Xüsusilə, axşamlar bu suyu içməyə diqqət yetirin. Bir neçə gün içdikdən sonra alma sirkəsinin miqdarını 2 yemək qaşığına qədər artıra bilərsiniz. Alma sirkəsinin arıqladıcı xüsusiyyətindən yararlanmaq üçün həftədə 3-4 dəfə və gündə səhər-günorta-axşam olmaqla, 15 dəqiqəlik idman etməlisiniz.

Çəki atan alma sirkəsi pəhrizi
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı bal
1 fincan ilıq su
Məhsulları qarışdırın. Bal həll olana qədər qarışığı çalxalayın. Səhər yeməkdən 20 dəqiqə öncə için.
Alma sirkəsinin faydaları
- İştahı bağlayaraq toxluq hissi verir.
- Metabolizmi sürətləndirir.
- Yağ yandırır.
- Kalorisi aşağıdır.
- Bədəndən zərərli maddələri xaric edir.