Şüa diaqnostika

Şüa diaqnostika – özündə kompleks diaqnostik müayinələri birləşdirən tibbin bir sahəsidir.

Hazırda Şüa diaqnostika şöbəsinin yüksək ixtisaslı mütəxəssisləri aşağıda göstərilən sahələr üzrə peşəkar səviyyədə geniş müayinə edilər:

Ultrasəs Müayinəsi:

Öncəliklə xəstələrin nəzərinə çatdıraq ki, ultrasəs müayinəsi ən çox istifadə olunan müayinədir!!!

Müasir MEDISON ACCUVIX A30 3D/4D apparatı ilə aparılan müayinələr:

  • Qarın boşluğu orqanlarının (qaraciyər, öd kisə, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisə və s.) rəngli doppler USM-si.
  • Qadın və kişi reproduktiv orqanların rəngli doppler USM-si (transabdominal, transvaginal, transrektal üsulu ilə).
  • Hamiləliyin 2 D, rəngli doppler, 3 D və 4 D rejimlərində USM-si.
  • Hamiləliyin I trimesterində dölün morfogenetik skrining
  • Hamiləliyin II trimesterində dölün malformasiyaların skriningi; genetik sonoqrafiya
  • Hamiləliyin III trimesterində dölün bətndaxili inkişafı və cift-döl qan davranının çatmamazdığın təyin edilməsi
  • Yuxarı və aşağı ətraf, yuxu və onurğa arteriyaların və venaların rəngli doppler USM-si
  • Süd vəzlərinin USM-si
  • Qalxanabənzər, tüpürcək, yumsax toxumanın (dərialtı törəmələr, limf düyünlər və s.) USM-si.
  • Neyrosonoqrafiya
  • Müayinə vaxtının uzunluğu 15-20 dəqiqədir.

Rəngli Doppler Müayinəsi:

MEDISON ACCUVIX A30 3D/4D apparatı ilə damarlarda izlənilən trombların, venoz yetməzlik və böyrək arteriyalarının daralması diaqnozunun qoyulması

Uşaqlıqdan kənar hamiləlik və yumurtalıq burulması

Transplant olunmuş orqanın qan damarları ilə təchizatı haqqında məlumat əldə edə bilərsiniz

Kompüter tomoqrafiyası (KT) müasir diaqnostika üsullardan biri olan və bir çox xəstəliklərin aşkara çıxarılmasında mühüm rol oynayır. Şüa diqnostika şöbəsində beynəlxalq standartlara cavab verən müasir 128 kəsikli Toshiba KT aparatının köməyi ilə tez bir zaman ərzində, minimum şüalanma, keyfiyyətli və aydın görüntülər əldə etməklə aşağıdakı xidmətlər aparılır:

Kompyuter Tomoqrafiya müayinələri:

  • Baş beyin KT
  • Paranazal sinusların KT
  • Gicgah sümüyünün KT
  • Boyun KT
  • Döş qəfəsi KT
  • Qarın boşluğu KT
  • Boyun - beyin damarlarının KT Angioqrafiyası
  • Aortanın KT Angioqrafiyası
  • Aşağı ətraf arteriyalarının KT Angioqrafiyası
  • Renal KT Angioqrafiya
  • Ağciyər damarlarının KT Angioqrafiyası
  • Koronar KT Angioqrafiya

Bu üsul vasitəsi ilə baş beyin, döş qəfəsi, bel-oma nahiyəsi, qarın boşluğu və çanaq orqanları, həmçinin sümüklərdə baş verən sınıqları, destruktiv dəyişiklikləri və digər sümük patologiyalarını aşkarlamaq olur.

MAQNIT-REZONANS TOMOQRAFİYASI – orqan və müxtəlif toxumalarda patoloji proseslərin lokallaşma və yayılma dərəcəsini müəyyənləşdirməyə, müxtəlif patofizioloji proseslərin dinamikasını izləməyə, işlərin stereotaksik biopsiyasını həyata keçirməyə, müalicənin nəticələrini qiymətləndirməyə imkan verir.