Ginekologiya

Qadın cinsiyyət orqanlarının baxılması ilə bağlı tarixidə qadağan olunma uzun müddət ginekologiya elminin inkşafını ləngidir ləngidir. Jak-Pyer Maygrier tərəfindən 1822-ci ildə çəkilmiş bu rəsm əsəri həkimin qadının qarşısında diz çöküb "kompromis" prosedurunu göstərir, lakin onun cinsiyyət orqanını görə bilmir. Müasir Ginekologiyada artıq bundan istifadə edilmir.

Ginekologiya -(yun. gyne – qadın vəlogos – elm) Klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir.

Ginekologiya müstəqil bir elm kimi IX əsrdən etibarən inkişaf etməyə başlamışdır. Ginekologiya elminin məqsədi qadın sağlamlığını qorumaq və ona yardım göstərməkdən ibarətdir. Qadın xəstəlikləri dedikdə yalnız qadınlarda baş verən xəstəliklər nəzərdə tutulur. Bu xəstəliklər uşaqlıqda, uşaqlıq artımlarında, yumurtalıqlarda, uşaqlıq boynunda əmələ gələn xəstəliklərdir. Qadın xəstəliklərinin müalicəsi ginekoloqlar tərəfindən aparılır.

Həkim-ginekoloq qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur. Mama-ginekoloq isə hamiləlik və doğuş dövrlərinə nəzarət edir.Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və.s.) uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri kimi xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olur. Sonsuzluq və ailə planlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım edir. Ginekologiyada funksional (USM, endoskopik və rentgen müayinələr) və laborator (bakterioloji, immunoloji və hormonal müayinələr) diaqnostika üsulları geniş tətbiq olunur. Müalicə üsulunun seçimi və müalicənin ambulator, yaxud stasionar şəraitdə aparılması barədə qərar verilməsi hər bir klinik halın özünəməxsus xüsusiyyətlərindən asılı olur.

  • Qadın xəstəlikləriə
  • aybaşı pozulmaları
  • alqodismenoreya
  • amenoreya
  • yalançı amenoreya
  • qonad disgenezi
  • hipermenstural sindrom
  • yumurtalıqların xəstəlikləri
  • sklerokisto yumurtalıq sindromu
  • yumurtalığı kistası
  • polikistoz yumurtalıq
  • yumurtalıqların xərçəngi və s.
  • uşaqlığın xəstəlikləri
  • ikiləşmiş uşaqlıq patologiyaları
  • uşaqlıq yolunun sallanması
  • hipolastik uşaqlıq
  • ektopiya
  • uşaqlığın tetratoması
  • beçəxor
  • uşaqlığın iltihabi xəstəlikləri
  • uşaqlığın müxtəlif şişləri və s.
  • uşaqlıq yolunun müxtəlif xəstəlikləri
  • uşaqlıq boynunun müxtlif xəstəlikləri
  • müxtəlif qanaxmalar
  • hormonal çatışmazlıqlar və s.