Kliniki Laboratoriya

Kliniki laboratoriya

"MEDİKUS" Clinic  laboratoriyası ən son model avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriyada müayinələr bütün mərhələlərdə təlimatlara ciddi riayət olunmaqla aparılır. "MEDİKUS" Clinic Laboratoriyasının əsas məqsədlərindən biri inkişaf etmək, zəruri infrastruktura malik olmaq və pasiyentlərə daha yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etməkdir.

"MEDİKUS" Clinic Laboratoriyasında “doğru nəticə” prinsipi qarşıya məqsəd kimi qoyulub. Bu məqsədin əsasında mərkəzdə keyfiyyətə nəzarət sistemi qurulub. Bu sistem pasiyentə nəticə verilməzdən əvvəl laboratoriyada iş prosesini və rəqəmsal nəticələri izləməyə, problemləri aşkar etməyə və post-analitik mərhələdən öncə müayinə nəticələrinə nəzarət etməyə imkan verir.

Məsuliyyətimizi dərk edərək daima ən yüksək səviyyəli tibbi xidmət göstərmək və hər kəsin etibar etdiyi laboratoriya mərkəzi kimi qalmağa çalışırıq. Bu strateji hədəfimizin əsasında bizə müraciət edən pasiyentlərimizə yüksək keyfiyyətli laborator xidmət göstəririk. Qabaqcıl dünya təcrübəsindən və müasir tibbi texnologiyaların imkanlarından istifadə edərək, pasiyentlərimizin məmnunluq dərəcəsini fasiləsiz yüksəltmək əzmindəyik.