Terapiya

Terapiya (therapeia) – yunan sözüdür, qulluq etmə, müalicə etmə deməkdir. Terapevt daxili orqanların diaqnostika, müalicə və profilaktikası ilə məşqul olan həkimdir.

Terapiya qeyri-cərrahi təbabətin geniş sahəsini əhatə edir: ürək-damar xəstəlikləri (revmatizm, ÜİX, hipertoniya xəstəliyi, aritmiyalar, ürək çatışmazlığı və s), Terapiyası tənəffüs orqanları xəstəlikləri (qrip, traxeit, bronxit, pnevmoniya, bronxial astma, ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri və s) Terapiya mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, kolit ) revmatik xəstəliklər (birləşdirici toxumanın sistem xəstəlikləri, artroz, artrit və s.)Terapiya ifrazat sistemi xəstəlikləri (qlomerulonefrit, börəklərin digər autoimmun patologiyalar nəticəsində zədələnmələri və s.)Terapiyası endokrinoloji xəstəliklər (şəkərli diabet, tireoid xəstəlikləri)Terapiyası

Terapevtə nə vaxt müraciət olunur?

əgər səhhətinizlə əlaqədar hər hansı bir şikayət əmələ gəlibsə hansı mütəxəssisə müraciət etməli olduğunuza əmin deyilsinizsə müstəqil analiz vermisinizsə və nəticələri şəhr etmək lazımdırsa

Terapevtin qəbulunda nə baş verir?

Terapevt pasientin müraciət etməli olduğu ilk həkimdir. O, pasientin şikayətlərini dinləyir,

anamnez toplamalı (xəstəliyin tarixi, pasientin həyat tərzi, irsiyyəti, kecirdiyi xəstəliklər, allergik reaksiyaların olması) yani məlumat toplamalıdır.

Baxış keçirir (pasientin halını qiymətləndirir, dəri örtükləri və selikli qişalarını nəzərdən keçirir, nəbz və arterial təzyiqi ölçür, ürəyə və ağ ciyərlərə qulaq asır, qarını əlləyir)
Lazım gəldikdə əlavə müayinələr (laborator, rentgenoloji, sonoqrafik, endoskopik, elektrofizioloji və s ) təyin edir
Nəticədə diaqnozu müəyyənləşdirərək müalicə təyin edir və lazımi tibbi sənədləşmə aparır.