Endekrinologiya

Endokrinologiya nədir?

Endokrinologiya nədir?

1) Endokrin sistem nədir?

Endokrin sistem daxili sekresiya vəzilərindən ibarət sistemdir.Daxili sekresiya vəziləri hormon sintez edən və ifraz edən orqanlardır.Hormonlar ətrafa verdiyimiz reaksiyalara nəzarət edən və orqanizmin  funksiyaları üçün  lazimi miqdarda  enerji yaratmaga  kömək edirlər.Endokrin sistemi təşkil edən orqanlar:hipotalamus,hipofiz,qalxanabənzər vəzi (trioid),qalxanabənzər ətraf vəziləri (paratiroid) vəziləri,mədəaltı vəzi (pankreas),yumurtaliqlar, böyrəküstü vəzi.

2) Endokrinoloq kimdir?

Endokrinoloq daxili sekresiya vəzilərin xəstəliklərin müalicə edən həkimdir.

3) Endokrinoloqlar hansı xəstəlikləri müalicə edir:

-Diabet

-Tiroid xəstəlikləri

-Metabolitik pozğunluqlar

-Hormon yüksəkliyi və aşağı olması

-Menapoza

-Osteoparoz

-Hipertenziya

-Yağ metabolizması ilə əlaqədar xəstəliklər

-Böyümə geriliyi

-Daxili sekresiya vəzilərinin şişləri

-Artıq çəki

4) Ən çox rast gəlinən xəstəliklər hansılardır?

Qalxanabənzər vəzi xəstəlikləri, Diabet, menustral tskil pozğunluqları , hipofiz xəstəlikləri.

Diabet - Xəstələrin qanında şəkər səviyyəsi  yüksək olur .Qanda şəkər səviyyəsinə nəzarət bir sıra vacib orqanların (ürək,böyrək ,qaraciyər və s.) qorunmasına kömək edir.Diabetin müalicəsi  oral antidiabetiklər və insulin vasitəsilə aparılır.

Tiroid - Qalxanabənzər vəzi xəstəlikləri zamanı xəstələrin əsas şikayəti enerji səviyyəsinin pozğunluğu ilə əlaqədardır.Bununla bərabər əzələ sərtliyi,duyğu hisslərindəki pozğunluq,çəki problemləri,istiyə və soyuğa qarşi toleranslıq.Vəzinin funksiyasının yüksəkliyi hipertiroidi,aşağı olması isə hipotiroidi adlanır.

Sümük xəstəlikləri - Sümkləri yumşaldan osteomalaziya .(uşaqlarda raxit xəstəliyi)və osteoparozdur. kalsium balansini pozan və osteoparoz  əmələ gətirən xəstəliklər  poratiroid vəzin  xəstəlikləridir.

Sonsuzluq - Sonsuzluğa səbəb olan hormonların araşdırılması və müalicəsi.Əsas problemlərə menapaz,menustral tsikl pozğunluğu,polikistoz(PCOS),impotensiya daxildir.

Hipofiz - Bu vəzə həmdə bazal hormonların sintezedicisi deyirlər.Çünki digər vəziləri işi bu vəzin sintez etdiyi hormonlardan asılıdır.

Böyrəküstü vəzi - Sintez etdiyi hormon kortizol olub,yüksəkliyi və aşağı olması əlaqədar olan xəstəliklərə əsasən Kuşing xəstəliyi və Addisson Birmer xəstəliyi aiddir.

Hipertenziya - Yüksək qan təzyiqi demekdir.İnsanların 10 % dən artiğinda böyrəküstü vəzinin sintez etdiyi hormon olan Aldosteron yüksəkliyi ilə əlaqədardır.Metabalitik pozğunluq və feoxromositoma hormon balansını pozar və nəticədə təzyiq problemləri yaranır.

Böyümə - Uşaqlarda və böyüklərdə yetərli böyümə hormonlarının olmaması orqanizmə mənfi  təsir edir.Uşaqlarda qısa boyluluq,böyüklərdə  isə  duygusal stres və halsızlıq olur.

Obezite və artıq çəki - Maddələr mübadiləsinin pozulması,trioiddə,böyrəküstü vəzidə,yumurtalıqlarda və hipofizdə olan pozğunluqlar  insanların artıq çəkidən əziyyət çəkməsinə səbəb olur.Bu cür xəstələrdə yanaşı olaraq insulin dirənci müşahidə olunur.

Lipid pozğunluqları - Əsas pozğunluq xolestirin yüksəkliyi,triqliserid yüksəkliyi,LDL  yüksəkliyi yada qoruyucu xolestirin olan HDL-nin aşağı olmasıdır.