"Medikus Clinic" Tibb Mərkəzi 2009-cu ildən fəaliyyətə başlamış,fəaliyyətə başladığı dövrdən Bakı şəhərində və ölkəmizdə ən yaxşı tibb müəssisələrindən birinə çevrilmişdir."Medikus Clinic" Tibb Mərkəzi daima pasientlərin istəklərini nəzərə almış və tibbi xidmətlərin qiymətlərinin optimal olmasına çalışmışdır.Son texnologiya ilə təchiz olunmuş tam avtomatlaşdırılmış laboratoriya və instrumental diaqnostika xidməti ilə pasiyentlərə tam düzgün nəticələr təqdim edilir.Avtomatlaşdırılmış laboratoriya daima inkişaf edən,yenilikləri izləyən,təcrübəyə önəm verən və keyfiyyət standartlarını daima inkişaf etdirən missiyaya sahibdir.Laboratoriyada daxili kontrol qəbul olunmuş standart protokollara əsasən aparılır,həmçinin laboratoriyanın nüfuzlu xarici kontrol şirkətlərindən olan Randoxun Riqas keyfiyyətə nəzarət sisteminə qoşulması pasiyentlərin xidmət nəticələrini yüksək keyfiyyətlə almasına şərait yaratmışdır.Pasiyentlərin rahatlığı üçün ölkə və dünya standartlarına uyğun yaradılmış şöbələr müasir avadanlıqlar,mərkəzləşmiş informasiya sisteminin qurulması xidmət spektrinin genişlənməsinə səbəb olur.Klinikanın çağrı mərkəzi daima pasiyentlərin sorğularını cavablandırır və xidmət nəticələrini elektron formada almasına şərait yaradaraq xidmət keyfiyyətinin yüksək səviyyədə olmasını təmin edir.
