Yay aylarında günəşin zərərli təsirlərindən qorunmaq üçün günəş qoruyucu kremlərdən istifadə etmək son dərəcə vacibdir.
Kreminizi təkcə çimərlikdə deyil, günəşə məruz qalacağınız istənilən mühitdə də istifadə etmək önəmlidir.
Günəş kremi necə istifadə olunmalıdır?
🧴Qoruması üçün kremi çölə çıxmadan 30 dəqiqə öncə çəkin.
🌞Günəş kreminin SPF (günəşdən qoruma faktoru) səviyyəsini dəri növünüzə uyğun olanını seçin.
💋Makiyajdan öncə istifadə edin, əvvəlcə günəş kremini çəkib sonra makiaj edin, sızanaq kimi probleminiz varsa, sprey formalı qoruyucudan istifadə edə bilərsiniz.
🌻Günəş qoruyucu məhsullarının son istifadə müddətinə diqqət edin, keçən ildən qalan kremi istifadə etməyin.
💦Su keçirməz məhsullar belə 2-3 saatdan bir təkrar çəkilməlidir.
☀️Günəş kremi seçərkən UVA və UVB’yə qarşı qoruyucu olanları seçin.
⛱️Yay aylarında günəşin zərərli təsirlərindən qorunmaq üçün günəşdən qoruyucu kremlərdən istifadə etməyi unutmayın.
Günəşdə olarkən şapka, eynək və qoruyucu geyimdən istifadə etməyə diqqət edin. 11.00-16.00 arasında birbaşa günəşə məruz qalmaqdan çəkinin. 🕶️🩱