Membran plazmaferez – qanda olan zərərli maddələri xüsusi filtrasiya sistemi ilə təmizləyən müasir və təhlükəsiz bir müalicə üsuludur. Prosedur zamanı qan xüsusi membran filtrindən keçirilir və orada toplanan zərərli toksinlər, iltihab mediatorları, autoantikorlar və lipidlər qandan ayrılır. Nəticədə qan “təmizlənərək” bədənə geri qaytarılır.
Hansı hallarda yararlı hesab olunur?
Membran plazmaferez aşağıdakı vəziyyətlərdə təsirli ola bilər:
-
Autoimmun xəstəliklər (Miastenia, Guillain-Barré sindromu, lupus və s.)
-
Neyroloji xəstəliklərdə immun sistemin həddindən artıq aktivliyi
-
Qaraciyər və böyrək çatışmazlığı zamanı qanda yığılan toksinlərin azaldılması
-
Qan xəstəlikləri – hiperviskozluq sindromu, kriqlobulinemiya
-
Endotoksikoz və ağır infeksiyalarda orqanizmin təmizlənmə ehtiyacı
-
Metabolik pozuntular (hiperlipidemiya kimi)
-
Sepsis və ağır iltihabi vəziyyətlərdə əlavə dəstək müalicəsi
Faydaları nələrdir?
Membran plazmaferezin üstünlükləri:
-
Qanın daha dərin təmizlənməsi – zərərli autoantikorlar və toksinlər çıxarılır
-
İltihabın azalması və immun sisteminin balanslaşması
-
Simptomların yüngülləşməsi – zəiflik, ağrı, nevroloji əlamətlər azalır
-
Dərman yükünü azaldır, bəzən daha az dozada müalicə tələb olunur
-
Təhlükəsiz və qısa prosedurdur, xəstənin gündəlik həyatına təsiri minimaldır
