Pap test olaraq adlandırılan Pap Smear qadınlarda uşaqlıq boynu xərçənginin erkən aşkarlanması üçün istifadə olunan müayinə üsuludur.Pap Smear serviksinizdən hüceyrələrin toplanmasından ibarətdir.Xüsusi fırça ilə servikal kanal və uşaqlıq boynu üzərindən hüceyrələr toplanaraq nazik qat ilə şüşəyə yayılır.Yaxma sprey ilə fikse edilir.Fırçanın başlığı içərisində xüsusi maye olan qaba yerləşdirilir.Müayinədən ən azı 24 saat əvvəl cinsi pəhriz olmalıdır.21-65 yaş aralığında cinsi əlaqədə olmuş hər bir qadın 3 ildə bir bu müayinədən keçməlidir.21-30 yaş aralığında Pap Smear testi 3 ildə bir alınır.30 yaşdan sonra isə Pap Smear testi HPV testi ilə birgə alınır(Co-test).Co-test 30-65 yaş aralığında 5 ildə bir alınır.
Pap Smear ilə uşaqlıq boynu xərçənginin erkən aşkarlanması sizə müalicə üçün daha çox şans verir.Həmçinin,Pap Smear analizi servikal hüceyrələrinizdə xərçəngin gələcəkdə inkişaf edə biləcəyini göstərən dəyişiklikləri aşkar edə bilər.Pap Smear ilə bu hüceyrələri erkən aşkarlamaq uşaqlıq boynu xərçənginin mümkün inkişafını dayandırmaq üçün ilkin addımdır.