Qaraciyər yağlanması adətən heç bir simptom göstərməsə də, nadir hallarda yorğunluğa, qarının yuxarı sağ hissəsində yüngül ağrıya və ya dolğunluq hissinə səbəb ola bilər.
Çox vaxt başqa bir sağlamlıq probleminə görə aparılan laborator testləri, ultrasəs, tomoqrafiya və ya maqnit rezonans (MRT) vasitəsilə aşkar edilir.
📌Qaraciyərin yağlanmasına səbəb olan faktorlar:
▫️Fast food qidalar
▫️Sürətli arıqlama
▫️Fiziki aktivliyin olmaması səbəbindən piylənmə
▫️Şəkərli diabet və ya insulin müqaviməti
▫️Qanda yüksək xolesterin səviyyəsi
▫️Qalxanabənzər vəzinin zəif işləməsi
▫️İstifadə olunan bəzi dərmanlar.