Bakı şəhər,Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küç.55

 

Qastrit nədir,simptomları nələrdir və müalicəsində nəyə diqqət edilir?

Qastrit mədənin selikli qişasının iltihabı,qıcıqlanması və ya aşınmasına verilən ümumi addır.Qastrit bəzən kəskin şəkildə özünü göstərə bilər və ya tədricən xroniki formada yaşana bilər.Mədənin selikli qişasında H.pylori bakteriyalarının artması xoraya səbəb ola bilər.Bağırsaq mikrobiomunun balanssızlığı,bakteriya və ya viruslar ,infeksiyalar,kofein,spirt və siqaretin həddindən artıq istifadəsi,ağrıkəsici kimi iltihab əleyhinə dərmanların tez-tez istifadəsi,stress,xroniki qusma və reflüks qastritə səbəb ola bilər.Bundan əlavə qastrit dəmir və B12 çatışmazlığı,I tip diabet və Haşimoto xəstəliyi ilə də əlaqələndirilir.

Simptomlar:

~Mədə ağrısı

~Beldən yuxarı yayılan ağrı

~Şişkinlik

~Bulantı və qusma

~Mədədə yanma hissi

~İştahsızlıq,ani toxluq hissi,kilo itkisi

~Hıçqırıq və gəyirmə

~Həzm pozğunluğu

Qastritin diaqnozunda ən çox istifadə edilən üsul endoskopiyadır,eyni zamanda qan dəyərlərinə əsasən qastritə meyilli ola biləcək qida çatışmazlığı və ya infeksiya olub və ya olmadığını təyin etmək mümkündür.

Qastrit diaqnozunda əgər problem infeksiya və bakteriya artımından qaynaqlanırsa,bir müddət antibiotik müalicəsi tələb oluna bilər.Digər hallarda isə əsas məqsəd həzm sisteminin sağlamlığını bərpa etmək,iltihabı azaltmaq,mikrobiomu tarazlaşdırmaq və mədə turşusunu normal pH səviyyəsinə çatdırmaqdır.

Qidalanmada dəyişikliklər:

Acı,ədviyyat,kofein,spirt,həddindən artıq yağlı qidalar,süni şəkər,emal olunmuş,qablaşdırılmış qidalardan istifadə dayandırılmalıdır.

Eyni zamanda tez-tez,az-az yemək yeməyə və yuxuya yaxın yemək yeməməyə diqqət yetirilməlidir.Həmçinin qastritin səbəb ola biləcəyi həzm pozğunluğu və qida çatışmazlığı problem həkim mütəxəssis nəzarəti altında başlanılacaq qida əlavələriylə həll oluna bilər.Bunlardan ən əsas B12,sink,maqnezium,C vitaminini nümunə göstərə bilərik.Bədəndəki iltihabı azaltmaq üçün Omeqa 3 əlavələri də qəbul oluna bilər.

Bunlarla yanaşı,stressə qarşı emosional dayanıqlılığı artırmaq da qastriti sakitləşdirmə yollarından biridir..