Salam, əziz izləyicilərimiz, bu gün sizə qəhvə içməyin təsirlərindən danışacağam, mətni oxumağa davam edin.. 😌
Bəzilərimiz günə başlamazdan əvvəl qəhvəmizi içirik, bəzilərimiz isə gün ərzində ehtiyac duyuruq onu içməyə.
Bu gün dünyada bir çox qəhvə növü, xüsusilə süzülmüş qəhvə növü olan Espresso və onun törəmələri istehlak edilir. Qəhvə tərkibindəki kofeinin stimullaşdırıcı xüsusiyyətinə görə diqqəti artırmaq və sizi oyaq saxlamaq qabiliyyətinə malikdir.
Qəhvənin faydaları:
◽️Enerji səviyyəsini artırır və intellekti gücləndirir
◽️Yağların yanmasını sürətləndirir
◽️Fiziki Performansı artırır
◽️Əhəmiyyətli mikroelementləri ehtiva edir
◽️Alzheimer, parkinson və demans xəstəliklərinə qarşı qoruyur
◽️Xərçəng və ürək-damar xəstəliklərinə qarşı qorunma təmin edir.
Bəs gündə neçə fincan qəhvə içə bilərik?
Gündə orta hesabla 300-400 mq kofein istehlak etmək ümumiyyətlə təhlükəsizdir. (500 mq çox qəbul edilməməlidir.) Qəhvənin növündən asılı olaraq dəyişsə də, orta hesabla bir fincan qəhvədə 80 - 200 mq kofein var. Beləliklə gündə 3-4 fincan qəhvə içə bilərsiniz.
Ancaq ❗️paketli və 3 bir arada olan qəhvələrdən uzaq durmağa çalışın.