Bakı şəhər,Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küç.55

 

"Yaz allergiyası nədir, simptomları nələrdir və yaranmasına nə səbəb olur?"

Mart,Aprel,May və həmçinin iyun aylarında tozcuqların havaya yayılması ilə birlikdə allergik rinit,göz allergiyası və burun qaşınması,asqırma,soyuqdəymə,burun tıxanıqlığı,gözlərdə sulanma,qaşınma,tez-tez göz allergiyası və astma əlamətləri müşahidə olunur.Yaz ayları polen(tozcuq) allergiyamız olub-olmadığını öyrənməyimizə kömək edəcək bir test kimidir.Polen allergiyasında ən əhəmiyyətli polen növləri qızılağac,fındıq və ağcaqayın ağacları tərəfindən istehsal olunur.Polen nəfəs vasitəsilə tənəffüs yollarımıza yerləşir,bundan əlavə polen dəri,saç və gözlərə yerləşir.Bu bir çox insan üçün problem deyil,amma allergik insanlarda bu kimi hallarda immunitet sistemi aktivləşir,bu zaman  burun,göz və bronxlarda iltihablı reaksiya yaranır.Orqanizm polenlərdəki zülallara reaksiya verir və narahatlıq,asqırma,burun axıntısı,gözlərdə qaşıntı kimi hallar yaranmağa başlayır.Allergik rinit  bronxlarda allergik astmaya,gözlərdə allergik konyuktivitə səbəb olur.Qeyd olunan əlamətlər müşahidə olunduğu və keçmədiyi halda həkimə müraciət edilməli,xəstəlik həkim təyinatı ilə antiallergik preparatlarla nəzarətdə saxlanılmalıdır.

Teqlər